Lavrov Çexiya prezidentini təhqir etdiBölmə: BLOK XƏBƏR
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Çexiya prezidenti Petr Pavelin Pekinin müharibəni uzatmaqdan faydalanması ilə bağlı fikrini şərh edib. "Xalqinfo" xəbər verir ki, bu barədə Lavrov yerli KİV-ə müsahibəsində danışıb. "Bunlar normal siyasətçinin işi ilə heç bir əlaqəsi olmayan bu qəbildən olan bəyanatlardır”, - Lavrov bildirib. Çexiyanın xarici işlər naziri Yan Lipavski də Lavrova cavab verib. Praqa Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini “kloun”, Rusiya Federasiyasını isə terrorçu dövlət adlandırıb. "Kloun Lavrovun prezidentimiz Pavel haqqında açıqlamaları gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında çıxış etməlidir”, - Lipavski yazıb. Xatırladırıq ki, Çin Rusiya ilə Ukrayna arasında sülh formulu dərc edib. Çinin “Sülh planı” 12 prinsipdən ibarətdir ki, bu prinsiplər hakimiyyət orqanlarının fikrincə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin sona çatmasına töhfə verməlidir |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|