» » Rusiya meydandan SİLİNİR - Seçim Azərbaycanla İran arasında olacaq...

Rusiya meydandan SİLİNİR - Seçim Azərbaycanla İran arasında olacaq...

Bölmə: BLOK XƏBƏR
Rusiya meydandan SİLİNİR - Seçim Azərbaycanla İran arasında olacaq...








Beynəlxalq arenada balanslaşdırma strategiyası özünü daha aydın şəkildə büruzə verməyə başlayıb. Hazırda dünya gücləri bir neçə coğrafiya üzərindən yeni dünya düzənini formalaşdırmaq üçün görünən və görünməyən gedişlər etməkdədirlər.

Artıq 14 aydır davam edən Rusiya-Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazdakı proseslər də heç də öz aktuallığına görə və yeni dünya xəritəsinin çizilməsi məsələsində az rola malik deyil.

Çünki Azərbaycanın əsas aktoru olduğu bu bölgə hər zaman regional güclər üçün, "yağlı tikə", bir mübarizə meydanı olub. Lakin son dönəmlər C.Qafqaza maraq əvvəlkindən daha da çox artıb. Belə ki, bu ərazilər bu gün artıq regional güclərlə yanaşı, dünya güclərinin də maraqlarının kəsişdiyi, rəqabət və mübarizə apardığı meydana çevrilməkdədir.

Əslində hadisələrin bu həddə çatması regionda təghlükəsizliyə çox böyük təhdid, sabitliyə zərbə ola bilər. Lakin Azərbaycan indiki situasiyada vəziyyəti kontorlda saxlamaq məqsədilə gələcəkdə yaranacaq mümkün təhdidlərə qarşı əlini gücləndirəcək effektiv qərarlarla çağırışlara hazırlığını lazımı səviyyəyə çatdırmaqdadır.

Bir çox dünya analitikləri, ekspertləri tərəfindən yeni dünya düzəninin başlanğıc mərhələsi kimi xarakterizə edilən 44 günlük Vətən müharibəsinin ardından - postkonflikt dövründə Bakı ilə Ankara 3+3 formatını irəli sürdülər. Çünki anladılar ki, bu savaşın nəticələri digər regional güclərin heç də ürəyincə deyil və rəqabəti alovlandıracaq. Ona görə də bu narahatlıqları aradan qaldırmaq və qaçılmaz rəqabəti normal konstruktiv məcraya yönəltmək lazım idi.

Türkiyə də, Azərbaycan da əmindir ki, digərlərindən fərqli olaraq sülhdə, sülh şəraitində konstruktiv rəqabətdə qalib gəlmək üçün daha böyük resurslara, imkanlara malikdir. Belə olacağı təqdirdə Azərbaycan gücünə güc qatacaq, qarşısında daha da inkişaf perspektivləri açılacaq.

Azərbaycana bölgədə sülh və təhlükəsizlik lazımdır ki, özünün enerji strateji infrastruktur layihələrinin təhlükəsizliyini təmin etsin, gələcəkdə qlobal miqyaslı daha böyük enerji və nəqliyyat layihələri haqqında rahatlıqla düşünüb həyata keçirə bilsin. Lakin bu vəziyyət bütün region dövlətləri üçün önəmlidir.

İstisna kimi Ermənistanın adını çəkə bilərik. Çünki bu gün rəsmi irəvanın destruktiv mövqeyi, Bakı ilə sülhdən yayınmaq üçün ard-arda Laçında şərti sərhəddəki təxribat, əsir götürülən əsgərimizə qarşı işgəncə kadrları və İrəvanda beynəlxalq idman turnirində Azərbaycan bayrağının yandırılması düşünməyə çox tutarlı əsas verir ki, bütün bu hadisələrin bir-biri ilə bağlılığı var və öncədən planlı şəkildə qurulub. 44 günlük müharibədən nəticə çıxarmamaq isə Ermənistan üçün böyük "dağıntılara" gətirib çıxara bilər.

Regionun hazırda nə edəcəyi bəlli olmayan, ən təhlükəli fiquru rolunda İran qərarlaşıb. İran regiondakı xaos vəziyyətdə, qarmaqarışıqlıqda ən maraqlı tərəflərdən biridir. Mola rejimi bu gün Azərbaycanı hədəf taxtası hesab edir və müxtəlif yollarla, əsassız bəhanələrlə Bakıya hədə-qorxu gəlməkdən geri çəkilmir.

Proseslər, aparılan müşahidələr deməyə əsas verir ki, Tehranın destruktiv rəqabətdə təcrübəsi var və üstünlük əldə edə bilər. İdeoloji radikal və terrorçu qruplaşmalar, paralel ordular yaratmaq iranın təcrübəsindən keçmiş proseslərdir. Belə demək mükünsə, molla rejimi bulanıq suda balıq tutmağa alışqandır.

Bu gün cərəyan edən qlobal və regional proseslərə nəzər yetirsək, əminliklə demək olar ki, hazırda ən kritik durumda olan dövlətlərdən biri məhz Rusiyadır.

Hətta Ukrayna ilə müharibənin yaxın gələcəkdə də davam edəcəyi Kreml üçün çox pis hadisələrin baş verəcəyi iddialarının ortaya atılması ilə nəticələnməkdədir. Bu gün Ukrayna silahlı qüvvələrinin Luqansk vilayət bölgəsində Rusiyanın ordusunun arxa cinahına keçib şiddətli zərbələr vurması və üstəlik yaz-yay aylarına Ukrayna ordusunun planlaşdırılan əks hücum əməliyyatının məhz Kremlin acı məğlubiyyəti ilə nəticələnməsi üçün düşünülmüş bir taktiki gediş ola bilər.

Onu da nəzərə alaq ki, müharibənin ilk günlərindən fərqli olaraq Ukrayna ordusu indi Rusiya silahlı qüvvələrindən daha güclü, daha qətiyyətli görünür. Bir şeyi də unutmaq olmaz ki, Rusiya səfərbərliklə minlərlə əli silah tutan-tutmayan şəxsləri Ukraynadakı qaynar nöqtələrə göndərib qırğına verdiyi vaxtda Ukrayna bütün qışı təlim, silah təminatı kimi məsələlərə vaxtını daha çox sərf etdi.

Rusiyanın muzdlu "Vaqner" qruplaşmasının rəhbəri Evqeniy Priqojinin son açıqlamaları da Kremlə ciddi bir sinqal olmalıdır. Müharibənin ilk günlərində Kremlin "trolları" televiziya kanallarında və digər media resurslarında Ukrayna ilə savaşda "uğurlardan" danışmaqda dava etdiyi, Ukrayna ordusunu aşağıladıqları bir vaxtda, Priqojin "qarşı tərəf zəif deyil, müqaviməti güclüdür" deyirdi. İndi isə Priqojin açıq şəkildə bildirib ki, müharibəni dayandırmaq lazımdır.

Priqojinin məntiqi sadədədir: "Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır". Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib.

Priqojin bununla da Ukrayna ordusunun böyük əks-hücum əməliyyatının başlanmasının planlaşdırıldığı qeyri-müəyyən tarixə kimi savaşın dayandırılmasının vacibliyi siqnalını vermiş oldu. O, bunula bildirmək stəyir ki, müharibə içində o böyük müharibə başlayacağı təqdirdə Rusiya ağır nəticələrlə qarşı-qarşıya qalacaq.

Amma iş orasındadlr ki, Rusiyanın bu gün maraqları tək Ukrayna cəbhəsi ilə yekunlaşmır. Moskva bu gün də Ermənistanla Azərbaycan arasında yekun sülhün əldə olunmasını, iki xalq arasında qarşılıqlı etimadın formalaşmasını və problemin qəti çözümünü istəmir, bu baxımdan kontrollu gərginliyin davam etməsində, xalqlar arasında qarşılıqlı etimadsızlığın qalmasında maraqlıdır. Bununla paralel, Moskva öz liderliyi altında bölgədə iqtisadi əlaqələrin bərpasını və kommunikasiyaların açılmasını da istəyir.

Lakin bütün bu qaynar müharibə mənzərəsi fonunda Rusiyanın bu qədər hədəfi doğru-düzgün nişangahında saxlayacağı da inandırıcı deyil. Lakin belə görünür ki, bütün bu qaranlıq məqamlara, sual işarəsi olaraq qalan proseslərə aydınlıq gətirəcək məqamlar da uzaqda deyil.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler