» » “Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib” -

“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib” - Yenilənib

Bölmə: BLOK XƏBƏR
“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib” -




Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Xalqinfo” xəbər verir ki, tanınmış həkim Niyazi Qənbərli özünü pis hiss edən ilahiyyatçının paytaxtda yerləşən “Baku Medical Plaza” klinikasına müraciət etdiyini bildirib: "Səhər saat 04:00 radələrində klinikamızda olub. Miokard infarktı diaqnozu qoyulub, lakin təklif olunan müayinə və müalicədən imtina edərək, iltizamnaməyə qol çəkərək gedib".

N.Qənbərli qeyd edib ki, Hacının ailəsi "səhər təkrar gələrik" deyərək xəstəxanadan gedib.

Bundan əlavə, sosial şəbəkələrdə sözügedən iltizamnamənin fotosu da yayılıb. Həmin sənəddə Hacı Şahinin təcili tibbi yardım şöbəsində müayinədən keçməsi qeyd edilib. Diaqnoz kimi kəskin miokard infarkt və aritmiya göstərilib.

Daha sonra Yasamal rayonu, A.Abbasov küçəsindəki evinə gedən Hacı Şahinin halı kəskin pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilib və evə gələn həkimlər onun vəfat etdiyini bildiriblər.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Hacı Şahinin ölüm səbəbi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmadan həkiməqədər ölüm qeydə alınıb. Rəsmi məlumatda da əlavə edilib ki, Ş.Həsənli martın 1-də də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

***

“Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov da Teleqraf.com-a bildirib ki, Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub: “Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.

Onun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: “Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-birigün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: “Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki...”

O, Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: “Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.

Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu, əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler