“Arutyunyan və Ermənistan hakimiyyəti Əliyevin bütün tələbləri bir-bir yerinə yetirir” - KöçəryanBölmə: BLOK XƏBƏR
Ruben Vardanyanın Qarabağda "dövlət naziri" vəzifəsindən kənarlaşdırılması ilə Azərbaycan prezidenti İlham Əliyevin Münhen tələbləri yerinə yetirilir. Xalqinfo.az xəbər verir ki, "Verelq" nəşrinin yaydığı məlumata görə, bunu erməni siyasi strateq Karen Köçəryan deyib. “Arayik Arutyunyan və Ermənistanın indiki hakimiyyəti bütün tələbləri bir-bir yerinə yetirir. Əvvəlcə bir az, sonra daha çox. Amma artıq yerinə yetirilən tələblərə yeni tələblər əlavə olunur”, - deyə Köçəryan “Kizaket” verilişinin efirində bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Əliyevin tələblərini yerinə yetirərkən düşməni sakitləşdirmək taktikasını həyata keçirir, yəni Azərbaycan tərəfi ilə münasibətlərin daha da gərginləşməsinin qarşısını almağa çalışır. "Ruben Vardanyan ona görə təhlükə idi ki, o, Ermənistan və Qarabağın gələcəyi ilə bağlı baxışı 29,8 min kvadrat kilometrdən kənara çıxan yeganə məmur idi"- K.Köçəryan belə deyib. Köçəryan hesab edir ki, Vardanyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsində Rusiya tərəfinin də əli ola bilər. Onun fikrincə, Rusiya tərəfi nə özü üçün ikinci cəbhə yaratmaqda, nə də erməni əhalisinin Qarabağdan tamamilə köçməsində maraqlı deyil. Ona görə də Rusiya tərəfi eskalasiyanın qarşısını alaraq vaxtı uzatmağa çalışır və bu da öz növbəsində bu qəbildən olan addımları ehtiva edə bilər. “Ancaq qeyd etmək istərdim ki, Vardanyanın dövlət naziri postundan getməsi ilə bu dastan bitmir. Məncə, Vardanyan geosiyasi baxımdan konsensus fiqurudur" - deyən Köçəryan onun şəxsiyyətinə diqqətin yüksək olduğunu və getməsi ilə də bu marağın aradan qalxmadığını bildirib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|