» » İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi:

İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi: “Aclığı dayandır, səni müdafiə edə bilmirik”

Bölmə: BLOK XƏBƏR
İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi:





İctimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi aclıq aksiyasını dayandırmağa çağırıb.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevin vəkillərinə və onu müdafiə edənlərə müraciət edib.

Müraciətdə qeyd olunur: “Bəxtiyardan aclıq aksiyasını dayandırmağı artıq, xahiş yox, tələb etmək lazımdır.

Vəkilləri görüşürlər, həqiqəti demirlər. Demirlər, şəkillərin yayılıb. Demirlər ki, cəmiyyət səni söyür.

Demirlər ki, şəxsi qrupdakı yazışmalarınız yayılıb, cəmiyyət hamımıza, bütün aktivist çevrəsinə murdar insanlar kimi baxır, artıq.

Bəxtiyar, aclığı dayandır. Artıq, səni müdafiə edə bilmirik. Ağzımızı açan kimi, söyürlər. Haqsız da deyillər.

Bəxtiyar, dayandır aclığı. Game Over. Oyun bitdi. Uduzdun.

Yüzlərlə qız hədəfdədir. Hamısının şəkillərini yayacaqlar, dayanmasan. Artıq bir neçəsi intihar həddindədir.

Mənə kimsə zərrə qədər də irad bildirməsin. Bəxtiyarın ən yaxın çevrəsinin belə etmədiklərini etdim bu müddətdə.

Aksiya oldu, çıxdım. Hamıdan çox yazdım. Bəxtiyarın kampaniyasını sponsorlu paylaşmaq üçün yığdığımız pul bitdi, pul toplamaq cəhdlərim alınmadı, telefonumu satdım, kampaniyanı davam etdirdim.

Amma, artıq bəsdir. Bu qədər. Dayandır aclığı. Daha çox insan zərər görməsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler