“Müharibə İran üçün fəlakət olacaq” - PolkovnikBölmə: BLOK XƏBƏR
![]() “Düşünmürəm ki, İsrailin İranın hərbi bazalarını vurması iki ölkə arasında daha geniş toqquşmaya gətirə bilsin. Doğrudur, bu, nəzəri baxımdan mümkündür, lakin praktiki baxımdan, eləcə də bir sıra obyektiv və subyektiv səbəblərdən bu toqquşmanın baş verə biləcəyini ehtimal etmirəm”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ötən gün İsrail Hərbi Hava Qüvvələrinin İranın bir sıra həbi obyektlərinə endirdiyi hava zərbəsindən söz açarkən deyib. Polkovnikə görə, iki ölkə arasında münaqişə olsa da, hərbi eskalasiya riski minimaldır: “İsraildə də ağıllı insanlar var, o cümlədən İranda da başa düşürlər ki, əgər onlar bundan sonra vəziyyəti daha da gərginləşdirəcəklərsə, bu, heç də İran üçün xoşolmayan nəticələr doğuracaq. Nəzərə alsaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken də bəyanat verib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları istisna etmir və s”. Ü.Cəfərlinin fikrincə, bu gün İranda baş verənlər İranın öz ağılsızlığının ucbatından olub: “Biz dəfələrlə demişdik ki, İran Azərbaycanla münasibətləri gərginləşdirməkdənsə, digər bəzi məsələlərə diqqət yetirsə, yaxşı olar. Amma təəssüflər olsun ki, İran nədənsə qardaşı olan Ermənistanla yaxınlaşdı, qərarlar verdi, habelə Tehranla İrəvan şəhərləri qardaşlaşdılar. Ümumiyyətlə, İran hakimiyyəti bir sıra düşünülməmiş addımlar atdı. Nəticəsi də bu oldu ki, İsrail İran Müdafiə Nazirliyinə bağlı strateji əhəmiyyətli obyektlərə, zavodlara, eyni zamanda digər hərbi hədəflərə zərbələr endirdi”. “Əlbəttə ki, İran bundan öncə hədyanlar səsləndirirdi, eləcə də indi kiçik həcmli müəyyən təxribatlar həyata keçirəcək. Amma düşünmürəm ki, bu qarşıdurma genişmiqyaslı olsun. Çünki İranın o potensialı yoxdur. İran hakimiyyəti başa düşür ki, burada söhbət təkcə İsraildən yox, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrdən də gedir. Əgər onlar bu prosesə qatılsalar, İran üçün fəlakətli nəticə ola bilər” – deyə o, müharibə risklərində toxunub. Hərbi ekspert aydınlaşdırıb ki, bu gün İran düşdüyü quyuda çabalayır: “Çünki İranın Rusiyaya verdiyi “Şahed-136” kamikadze dronları, o cümlədən İranın Ermənistanla müəyyən münasibətləri, yaxud SEPAH-ın əndazədən çıxdığı hərəkətlər var. Amma bir daha deyirəm ki, genişmiqyaslı əməliyyatın olacağını düşünmürəm. Mənə elə gəlir ki, tərəflər arasında gərginlik olacaq, hədələr səsləndiriləcək, amma bunun genişmiqyaslı toqquşmayla nəticələnəcəyinə inanmıram. Çünki İran 80-ci illərdə İraqla müharibə etdi. İndi silahlar da köhnəlib, imkanlar da əvvəlki kimi deyil. Təəssüflər olsun ki, İranın bəzi generalları da məsuliyyətsiz bəyanatlar səsləndirirlər”. Hərbi analitik təklif edib ki, İran öz davranışlarında ehtiyyatlı və diqqətli olmalıdır: “Biz hər zaman bunu demişik ki, İran öz qonşularıyla münasibətlərini normal səviyyəyə çatdırmalıdır, lakin bu gün biz bunu görmürük. İran tərəfinin bəzi addımları onu deməyə əsas verir ki, bu ölkə bəzi səhvlərindən ciddi nəticələr çıxarmaq istəmir”. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|