» » “Səfirliyə qarşı hücum bizi sarsıdıb” - İsrail XİN

“Səfirliyə qarşı hücum bizi sarsıdıb” - İsrail XİN

Bölmə: BLOK XƏBƏR
“Səfirliyə qarşı hücum bizi sarsıdıb” - İsrail XİN





“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib”.

“Xalqinfo” xəbər verir ki, bunu İsrail XİN-in rəsmi sözçüsü Lior Haiat öz tviter hesabında etdiyi paylaşımda qeyd edib.

“Azərbaycan xalqına və hökumətinə, eləcə də həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda deyilir.

Bununla yanaşı, İsrailin Azərbaycandakı səfiri Corc Dik də Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumu ilə bağlı paylaşım edib: “İsrail səfirliyi bu çətin vaxtda Azərbaycan xalqı ilə həmrəydir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler