» » İrandakı səfirliyimizə hücum edən şəxs SAXLANILDI

İrandakı səfirliyimizə hücum edən şəxs SAXLANILDI

Bölmə: BLOK XƏBƏR
İrandakı səfirliyimizə hücum edən şəxs SAXLANILDI





Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

"Xalqinfo" "MEHR" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran polis rəisi briqada generalı Rəhimi məlumat yayıb.


"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib", - Rəhimi İran mətbuatına danışıb.

Hücumçunun iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən Tehran polis rəisi, “İlkin araşdırmalar göstərir ki, hücumçunun motivi şəxsi və ailə problemləri olub",- deyə qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler