» » Laçın yolunda ciddi oyunlar gedir — Solonnikov

Laçın yolunda ciddi oyunlar gedir — Solonnikov

Bölmə: BLOK XƏBƏR
Laçın yolunda ciddi oyunlar gedir — Solonnikov





Laçın yolu ətrafında yaranmış vəziyyətdə separatçıların rəhbərləri dağıdıcı fəaliyyətləri ilə erməni cəmiyyətinin daxilində xal qazanmağa, erməni əhalisi arasında ədalətsizlik hissini, qisasçılıq həvəsini qızışdırmağa çalışırlar.

Xalqinfo.az xəbər verir ki, bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində Ermənistanın İrəvan-Bakı münasibətləri ilə bağlı siyasəti və 2023-cü ildə mümkün ssenarilər haqda danışarkən deyib.

“Separatçı liderlər dağıdıcı hərəkətlərilə həm də Paşinyana qarşı oynayırlar. Bu, çox mürəkkəb erməni labirintidir. Paşinyan hakimiyyətinin mütləq sabitliyini hiss etmir. Onun yerini açıq-aydın hədəfləyən qüvvələr peyda olub. Laçın yolu ətrafında baş verənlər birmənalı qarşıdurmadır və burada gedən oyunlar olduqca mürəkkəbdir. Laçın yolunda AB və Ermənistan, Ermənistan və onun ən yaxın qonşuları, eləcə də hazırkı Ermənistan rəhbərliyinə qarşı separatçıların oyunu gedir.

Azərbaycan isə özünü əvvəlki kimi aparacaq - sakit, böyük təmkin və artan siyasi təzyiqlərə qarşı siyasi səriştə ilə”, - ekspert bildirib. (axar.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler