» » DSX və DGK rəhbərliyi Naxçıvan gömrüyündə... - Foto

DSX və DGK rəhbərliyi Naxçıvan gömrüyündə... - Foto

Bölmə: BLOK XƏBƏR
DSX və DGK rəhbərliyi Naxçıvan gömrüyündə... - Foto


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan MR-dakı sərhəd-gömrük buraxılış məntəqələrində olub.
Bu barədə XALQİNFO.AZ-a komitədən məlumat verilib.

Məlumata görə, Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək, Azərbaycanın İranla sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan rəsmilər xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler