Azərbaycanın məşhur simaları bir arada - FotolarBölmə: BLOK XƏBƏR
Bu gün Dövlət Musiqili Komediya Teatrında mərhum şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Xalqinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, yazıçılar və şairlər iştirak edib. Tədbiri açan parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, bu gün 80 yaşlı şairənin işığına toplaşıblar: “Nurəngiz xanım ömrü boyu şeirlə nəfəs alıb. O, böyük ədəbiyyata 40 yaşında gəldi. O elə təxəllüsü kimi gün kimi ədəbiyyatımızda parladı”. Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, ömrü boyu Nurəngiz Günü məlahətli və mehriban insan kimi tanıyıb: “Onun üzündən gülüş əskik olmurdu. Sonradan bildim ki, onun gülüşünün altında şəxsi ağrılar və kədər durur”. Daha sonrakı çıxışlarda da şairin fəaliyyətindən və yaradıcılığından geniş bəhs edilib. Həmçinin, məşhur müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Sonda şairənin qızı, millət vəkili Jalə Əliyeva çıxış edərək tədbir iştirakçılarının və sənətə, incəsənətə qiymət verənlərin qarşısında baş əydiyini deyib. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|