» » ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”

ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”

Bölmə: BLOK XƏBƏR, MANŞET
ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”
Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.

“Xalqinfo” xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq alıb.

Bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:

“Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib bu hökumətdən sığınacaq istəməyə vadar etdi.

Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler