» » “Koroğlu” metrosunda bədbəxt hadisə baş verib-

“Koroğlu” metrosunda bədbəxt hadisə baş verib- 65 yaşlı kişi ölüb

Bölmə: BLOK XƏBƏR
“Koroğlu” metrosunda bədbəxt hadisə baş verib-
Bir neçə dəqiqə bundan əvvəl - saat təxminən 17 radələrində metronun “Koroğlu” stansiyasında bədbəxt hadisə baş verib. Metrodan çıxan 60-65 yaşlarında bir kişi eskalatora minməyə hazırlaşarkən qəfildən yerə yıxılıb. Ətrafdakı insanların yardımına baxmayaraq həmin şəxs bir neçə dəqiqənin ərzində keçinib.

Virtualaz.org saytının müxbiri bu hadisənin bilavasitə şahidi olub. Əməkdaşımızın dediyinə görə, ətrafdakı adamlar dərhal polisə və təcili yardıma zəng vurublar: “Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi. Həkimlər briqadası gələndə kişi artıq ölmüşdü. Təcili yardım həkimləri onun boğulmadan və ya infarktdan öldüyünü güman etdiklərini dedilər. Onların ehtimalına görə, mərhum ya ürək tutmasından vəfat edib, ya da astma xəstəsi olub və boğulmadan keçinib”.

Mərhumun meyiti təcili yardım maşını ilə tibbi ekspertizaya aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler