Azərbaycan tərəfi şərti açıqladı![]() Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. “Xalqinfo” xəbər verir ki, Ə. Həsənov xatırladıb ki, ötən həftədə Azərbaycan prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib: “Bu görüşlrin də əksər hissəsi Xəzər və Qara dəniz hövzəsi, Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu, ondan əvvəl reallaşdırılmasına başlanılmış Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi və 1993- cü ildən həyata keçirilməyə başlayan Böyük İpək Yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasının mərkəzində Azərbaycan dayanır. Azərbaycan prezidenti son bir həftədə həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat-kommunikasiya, enerji layihələri, Xəzər-Qara dəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik layihələri, iqtisadi ticarət əlaqələri və.s onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib. Onun maraqları bölgə ölkələrinin və bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir. ![]() Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. Bütün bu məsələlərdə Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşdirilməsində Azərbaycan həlledici rola malikdir. Çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvəl region ölkələrinin iradəsinə sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərib. Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir. Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına həm maliyyə, həm də beynəlxalq dəstəkləri qazana bildi. Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi. Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları “Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, “Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|