» » Qardaş bacısını internetdə satışa çıxardı -

Qardaş bacısını internetdə satışa çıxardı - Fotolar

Bölmə: BLOK XƏBƏR
Qardaş bacısını internetdə satışa çıxardı -
Britaniyanın Kardiff şəhərində yaşayan Kayl Meelem bacısını, 27 yaşlı Semmini satışa çıxarıb. Daha doğrusu o, dünyanın ən populyar onlayn-hərracı eBay-da "Kim bacımla tanış olub onunla axşamı birlikdə keçirmək istər?" elanını yerləşdirib.

milli.az The Mirror-a istinadən bildirir ki, 28 yaşlı Kayl daha sonra yazıb: "Bacımla tanış olub, onunla axşamı birlikdə keçirmək haqqını satın almaq istəyən kişi sərsəm, qaba, kobud, habelə evli olmamalıdır. Bu tanışlıq bir gecəlik deyil".

Kayl bacısına ilkin qiymət qismində 50 funt-sterlinq müəyyənləşdirib.

Semmi isə deyir: "Qardaşımın elanını ciddi qəbul etmirəm. O, illərdir ki, mənə belə elan verəcəyini deyirdi. İndiyədək eşqdə bəxtim gətirməyib və hələ də ailə qurmamışam. Yəqin qardaşım mənə yardım etmək istəyir".

Kaylın atası, 54 yaşlı Saymon və anası, 52 yaşlı Natali bu elanı biabırçılıq saymırlar.

"Oğlum bacısını ərə vermək istəyir. O, Semmi üçün çalışır", - Natali deyib.
Qardaş bacısını internetdə satışa çıxardı -
Qardaş bacısını internetdə satışa çıxardı -
Qardaş bacısını internetdə satışa çıxardı -
Qardaş bacısını internetdə satışa çıxardı -
Qardaş bacısını internetdə satışa çıxardı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler