» » İTV- rəhbəri Cəmil Quliyevdən deputata cavab-Bu kürsüdə oturmasaydım...

İTV- rəhbəri Cəmil Quliyevdən deputata cavab-Bu kürsüdə oturmasaydım...

Bölmə: BLOK XƏBƏR, MANŞET
İTV- rəhbəri  Cəmil Quliyevdən deputata cavab-Bu kürsüdə oturmasaydım...
Deputat Etibar Hüseynovun Feysbuk səhifəsində İctimai Televiziyanın hava proqnozu buraxılışı ilə bağlı tənqidi fikirlərinə televiziya rəhbərliyi cavab verib.

musavat.com Ucnoqta.az-a istinadən xəbər verir ki, İTV-nin baş direktoru Cəmil Quliyev məsələ ilə bağlı münasibət bildirib.

"Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai televiziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir.

Qaldı ki, Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz”.

Qeyd edək ki, deputat Etibar Hüseynov öz Feysbuk səhifəsində İTV-ni beynəlxalq hava məlumatlarının təqdimi zamanı köhnə və yanlış məlumatları çatdırmaqda ittiham etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler