» » Terroru ABŞ yaradır-

Terroru ABŞ yaradır- Putin

Bölmə: BLOK XƏBƏR
 Terroru ABŞ yaradır-
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini terroru dəstəkləməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, "Valday" forumunda çıxış edən Putin bildirib ki, ABŞ başda olmaqla Qərb ölkələri "Əl-Qaidə" terror təşkilatının yaranmasında birbaşa günahkardır:

"Əfqanıstanda SSRİ-yə qarşı döyüşmək üçün "Əl-Qaidə" və "Taliban"ı yaratdılar. Onları birbaşa və dolayısı ilə maliyyələşdirirdilər. Beləcə dünyanı daim təhdid altında saxlayan terror qruplaşmaşları yaranmağa başladı. Hazırda da bu siyasət davam etdirilir. Rusiya və Orta Asiyanı təhlükə altında saxlayan terror təhdidlərinə göz yumulur. Terrorizmə qarşı belə mübarizə aparmaq olmaz".

Daha sonra Putin zəif cəmiyyətləri olan ölkələrdə avtoritar rejimlərin devrilməsi prosesinin də terrora yol açdığını deyib: "İraqda Səddam Hüseyn devrildikdən sonra ordu dağıldı. İndi İraq İŞİD qarşısında aciz qalıb. İraq ordusunun zabitləri terror qruplaşmalarına qoşulub. İŞİD kimi terror qruplşamlarının gücü də bundadır. Başqa bir məqam isə odur ki, İŞİD ələ keçirdiyi ərazilərdə neft və narkotik satışını həyata keçirməklə özünü maliyyələşdirə bilir. Bunun qarşısı almaq lazımdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler