“O, ilk gündən Azərbaycana qarşı əks mövqe tutub”Bölmə: BLOK XƏBƏR, MANŞET
![]() “Azərbaycanda siyasi məhbuslar yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var” "Xalqinfo" azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının Hüquq-Mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərov İnsan Haqları üzrə İşçi Qrupun bərpasına həsr olunmuş iclas zamanı deyib. Onun sözlərinə görə, bu, hələ 2012-ci ildə AŞPA-nın yanvar sessiyasında bəzi xarici qüvvələr tərəfindən hazırlanmış qətnamə layihəsi uğursuzluqla nəticələnərkən öz təsdiqini tapmışdı. - Biz həmişə vətəndaş cəmiyyəti ilə dialoqu müdafiə etmişik və 2005-ci ildə yaradılmış işçi qrupu bu istiqamətdə çox böyük işlər görüb. Vaxtilə bizim səylərimiz nəticəsində 177 məhbus azad edilib, lakin buna baxmayaraq AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etmək qərarına gəldi və işin icrasını məhz Kristofer Ştrasserə tapşırdı, beləliklə də, qrupumuz öz işini dayandırmalı oldu – deyə Fuad Ələsgərov bildirib. Onun sözlərinə görə, Ştrasser ilk günlərdən başlayaraq, Azərbaycana qarşı əks mövqe tutub və onun fəaliyyəti problemin həllinə fayda verməyib. “Lakin İşçi Qrupun fəaliyyətinin bərpası Azərbaycanın daxilində bir çox məsələlərin həlli üçün böyük əhəmiyyət daşıyır. Bizə kənardan hansısa həmməruzəçilər lazım deyil, biz öz problemlərimizi kənardan yol göstərənlər olmada da həll edə bilərik”,- deyə Fuad Ələsgərov bildirib. Müzakirələrin gedişində İşçi qrupun katibliyi də formalaşdırılıb. Ona hüquq müdafiəçisi Sahib Mirzəyev rəhbərlik edəcək. Hakimiyyət təmsilçiləri və hüquq müdafiəçiləri belə bir razılığa gəliblər ki, haqqında söhbət gedən məsələ bundan sonra ölkə daxilində müzakirə və həll edilsin. Xatırladaq ki, 2005-2008-ci illərdə belə bir İşçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. Yeri gəlmişkən, bugünkü tədbirdə vurğulanıb ki, məhz həmin qrupun fəaliyyəti sayəsində 177 məhbusun azadlığa çıxmasına nail olunub. Sonda onu da qeyd edək ki, Milli Məclisdə keçirilən bugünkü tədbirdə Prezident Administrasiyasının, parlamentin nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|