» » “Burada fırıldaqçılar daha çox qazanırlar” -

“Burada fırıldaqçılar daha çox qazanırlar” - Ağalarov

Bölmə: BLOK XƏBƏR
“Burada fırıldaqçılar daha çox qazanırlar” -
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkə biznesinə mənfi təsir göstərir”.


“Xalqinfo” anspress-ə istinadən xəbər verir ki, bu sözləri "CrocusGroup" şirkətlər qrupunun sahibi Araz Ağalarov Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Qərbin Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib. “Sanksiyalar- bu hər zaman pisdir. Hətta əgər onlar (sansksiyalar) iqtisadi ziyan verməsə belə, psixoloji zərər gəlir. Bizim hadisəmizdə isə həm bu, həm də digərindən söhbət gedir. Bildiyiniz kimi xarici ödənişlər çətinləşib və nə vaxtsa aktiv işlədiyimiz ölkələrdən çatdırılma çətinləşib. Təbii olaraq bu ölkənin ümumi iqtisadi vəziyyətinə mənfi təsirini saxlaya bilməzdi, ona görə də Rusiyaya sanksiyalarla təzyiqlərdə dəqiq yaxşı bir şey yoxdur”- deyə Ağalarov bildirib.

Araz Ağalarov Rusiyada dolların məzənnəsinin qalxmağına da mənfi yöndə şərh verib. “Siz bilirsiz. Bu sonsuz dairə kimidir. Dollar daha çox qalxdıqca, rubl düşür və bununla da insanlar psixoloji olaraq daha çox rubldan dollara tərəf yönlənir. Bu öz növbəsində valyuta bazarına əlavə təzyiq göstərir. Burada fırıldaqçılar kurslarda olan fərqdə daha çox qazanırlar. Və bu eləcə də iqtisadiyyata da kömək etmir".

Qeyd edək ki, sahibkar Rusiyanın avtarkiyaya (müstəqil iqtisadi zona) çevrilməsimə də skeptik yanaşır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler