» » Adminstrasiya rəsmisindən yeni tvit

Adminstrasiya rəsmisindən yeni tvit

Bölmə: BLOK XƏBƏR
Adminstrasiya rəsmisindən yeni tvit
"Dold Qarabağın separatçı rejimini ABŞ-ın müttəfiqi elan edir"
"Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir."

ans press-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

Bildirək ki, ABŞ Konqresinə İllinoys ştatının 10-cu dairəsindən namizəd olan Robert Dold seçki kampaniyasında beynəlxalq qalmaqal yaradacaq fikirlər səsləndirir, işğalçı ermənilərin törətdiyi cinayətlərə göz yumur, erməni lobbisinin səsini qazanmaq üçün yalan bəyanatlar verir.

Xatırladaq ki, o, 1915-ci ildə baş verən faciəli hadisələrin tanınması haqqında qətnaməni və "erməni soyqırımı"nı dəstəkləyən siyasətçi kimi də tanınır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler