» » Fransada cinsi azlıqlara kütləvi etiraz edildi

Fransada cinsi azlıqlara kütləvi etiraz edildi Foto

Bölmə: BLOK XƏBƏR
Fransada cinsi azlıqlara kütləvi etiraz edildi
Paris və Bordo küçələrində minlərlə insan lezbiyan cütlüklərin süni reproduktiv yolla doğması və hamiləlik üsullarına qarşı etiraz aksiyası keçirib.

ANS PRESS-in məlumatına görə, Parisdə böyüklərin və uşaqların iştirak etdiyi nümayişdə çəhrayı və mavi bayraqlar dalğalandırılıb. Nümayişçilər "Port Dofin" metrostansiyasından Monparnas bölgəsinə qədər yürüş ediblər. Fransa paytaxtında nümayişə görə minə yaxın polis səfərbər olunub.

Nümayişi dəstəkləyən "Manif Pour Tous" təşkilatının prezidenti Lüdovin de la Roşer (Ludovine de la Rochere) bildirib ki, nəyin bahasına olursa-olsun, bu üsula qarşı mübarizə aparılmalıdır. "Manif Pour Tous" ötən il Fransada həmcinslərin evliliyinin qəbul olunmasına etiraz edib. Buna baxmayaraq, Fransua Olland etirazlara heç bir məhəl qoymayıb. Beləliklə Fransa həmcinslərin evliliyinin qanuniləşdirildiyi 14-cü ölkə olub.

"İfop" təşkilatı "Atlantico" vebsaytı üçün sorğu aparıb. Oktyabrın 5-də dərc olunan nəticələrə görə, nümayişi fransızların üçdə birindən azı (31%) dəstəkləyib.

"Manif Pour Tous" təşkilatının etirazlarına cavab olaraq, homoseksualların hüquqlarını müdafiə edən "ALL out" təşkilatı "Bütün cütlüklərin və ailələrin bərabərliyi" uğrunda nümayiş keçirilməsini təklif ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler