» » Azərbaycanlı tələbələr Türkiyədə öldü-

Azərbaycanlı tələbələr Türkiyədə öldü- Foto/video

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı tələbələr Türkiyədə öldü-
Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı tələbələr ağır yol-nəqliyyat hadisəsinin qurbanı olublar.

ANS PRESS-in məlumatına görə, Əli Kərimli adlı azərbaycanlı tələbənin idarə etdiyi avtomobil Uşak şəhərində, İzmir-Ankara magistralının 7-ci kilometrliyindəki yol qovşağında dirəyə çırpılaraq yolun əks istiqamətinə keçib və nəticədə başqa bir avtomobillə toqquşub. "Anadolu agentliyi"nin yaydığı xəbərdə qəzaya səbəb olan tələbənin avtomobili icarəyə götürdüyü bildirilir.

Ağır yol qəzasında Uşak Universiteti Maliyyə kafedrasının 2-ci kurs tələbəsi Ülvi Sərdarov ilə İdarəetmə kafedrasının 2-ci kurs tələbəsi Elvin Bəhrəmli elə hadisə yerində keçiniblər. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan digər azərbaycanlı tələbə Anar Musayev isə həkimlərin bütün səylərinə baxmayaraq həyatda qala bilməyib.

Sürücülər ilə avtomobillərdə olan Əminə Kan, Əsra Kan, Hasan Hüseyin Kan və azərbaycanlı tələbə Mayıs Həsənov sıxışmış avtomobillərdən çıxarılaraq təcili xəstəxanaya çatdırılıblar.

Hadisədən sonra xəstəxanaya gedən Uşak Universiteti rektoru Sait Çelik tələbələrin yol qəzasında dünyasını dəyişməsini kədərlə qarşıladığını bildirib.

“Çox kədərliyik. Üç övlaımızı itirdik. Baş verən qəzada daha çox itkinin olmamağı üçün dua edirik” – deyə universitet rektoru qeyd edib.
Azərbaycanlı tələbələr Türkiyədə öldü-


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler