» » Prezident hərbi kafedraların yaradılması ilə bağlı sərəncam verdi

Prezident hərbi kafedraların yaradılması ilə bağlı sərəncam verdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident hərbi kafedraların yaradılması ilə bağlı sərəncam verdi
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb.


“Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, müvafiq sənədlərin bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler