» » Ermənilərin yeni Qarabağ uydurması

Ermənilərin yeni Qarabağ uydurması

Bölmə: BLOK XƏBƏR
Ermənilərin yeni Qarabağ uydurması

Ermənilər yeni Qarabağ yalanı uydurmağa başlayıblar.

ANS TV-nin məlumatına görə, guya müharibə ermənilərə, özgə torpağını işğal etmək deyil, Qarabağın xristian əhalisini qorumaq üçün lazım imış. Özünü beynəlxalq humanitar təşkilat adlandıran “Xristian irsi liqası” Dağlıq Qarabağ münaqişəsinə yeni don geyindirməyə çalışır.

Erməni mətbuatı bu sayıqlamadan çıxış edərək yazır ki, Dağlıq Qarabağda ermənilər tam məhvə məruz qalmışdılar. Belə anlaşılır ki, Ermənistan ordusu tanklarla, toplarla və avtomatlarla müsəlman azərbaycanlıları öldürməklə, erməniləri xilas etdi. Lakin xristian təşkilatı müsəlmanların öldürülməsi barədə kəlmə də kəsmir.

Hələ SSRİ-nin yenidənqurma illərində ermənilər səs-küy qaldırmışdılar ki, Qarabağ bölgəsinin sakinləri ehtiyac içində yaşayırlar.

Mixail Qorbaçov da dərhal Dağlıq vilayətə SSRİ Dövlət Plan Komitəsinin sədrinin milliyyətcə erməni birinci müavini Sitaryanın rəhbərliyi altında xüsusi komissiya göndərmişdi.

Həmin vaxt Dövlət plan komitəsində idarə müdiri kimi çalışan Oqtay Haqverdiyev xatırlayır ki, yoxlamaların nəticələri hamını şoka salmışdı. Sübut olunmuşdu ki, Dağlıq Qarabağda yaşayan əhali yaşayış səviyyəsinə görə, bütün SSRİ-də öndə gedir.

Oqtay Haqverdiyev deyir ki, orta hesabla Azərbaycan üzrə, SSRİ üzrə, vilayət üzrə bütün makroiqtisadi göstəricilərə görə sosial duruma görə hər min nəfər görə - bağça və xəstəxananın açılışı oldu: “Bizim üçün də, özümüz üçün də, Dağlıq Qarabağın göstəriciləri, hətta SSRİ-nin orta göstərcilərindən yuxarı idi”.

Ötən əsrin 70-80-ci illərində Dağlıq Qarabağa ayrıca diqqət ayrılırdı. İqtisadi səmərəsi olmasa belə, Yevlaxdan Xankəndinə dəmir yolu xətti çəkilmişdi. Dini baxımından da xristianlara tolerant yanaşılırdı. O dövrdə ən yaxşı vəzifələrdə ermənilər çalışırdı. Onların da pulu hesabına minlərlə erməni Azərbaycanda necə rahat yaşadıqlarını yaxşı xatırlamalıdır. Lakin onlar İrəvanın avantürasının qurbanı oldular.

Bu gün Qarabağın iqtisadiyyatı məhv olub. Bunu erməni qəzetləri yazır. Birinci Qarabağ müharibəsilə xristianların xilaskarları da, əsassız iddianı ortaya atan təşkilat üzvləri də Qarabağa baş çəkməklə o vaxtla müqayisədə, indi ermənilərin hansı durumda yaşadıqlarını əyani şəkildə görə bilər. Amma nə vaxtsa, haqq-ədalət bərpa olunacaq. Bəlkə onda ermənilər də bir gün gördülər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler