» » Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət

Bölmə: BLOK XƏBƏR
Cəbhədə son vəziyyət

Hazırda cəbhədə nisbi sakitçilik hökm sürür. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu dəqiqələrdə cəbhədə atəş səsləri eşidilmir.

Tərtərin Seyidsulan kəndindəki mövqelərindən ordumuzun üzbəüz mövqelərinə atəş açılıb. Hazırda Tərtərin istiqamətində, Qapanlı, Çaylı Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində heç bir gərginlik yoxdur.

Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, Ağdamın təmas xəttində də gecə atəş səsləri gəlsə də, hazırda nisbi sakitçilik hökm sürür. Rayonun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Mirəşirli, Çıraqlı kəndlərində də sakinçilikdir. Heç bir rayon və kəndlərdə sakinlər evləri boşaltmayıblar. Hər kəs öz işilə məşğuldur. Həyat adi axarı ilə davam edir.

Sakinlərin sözlərinə görə, təmas xəttinə yaxın otlar və əkin sahələrinə gündüz vaxtı getmək mümkün olmasa da, axşamlar kəndlilər təsərrüfatla məşğuldur.

Qeyd edək ki. bu gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Bundan başqa, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler