Dilqəm və Şahbazla bağlı - XİN-dən rəsmi açıqlama“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbrini ziyarət edərkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi daim dövlətimizin başçısının, Xarici İşlər Nazirliyinin və digər aidiyyəti qurumların diqqətindədir”. “Xalqİnfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib: “Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımızın girovluqda saxlanması ilə əlaqədar onların ailə üzvlərinin və yaxınlarının narahatçılığını bölüşür və şərik çıxırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri və digər tərəf müqabilləri ilə bu məsələ daimi əsasda müzakirə edilir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumu barədə müxtəlif mənbələrdən bizə daxil olan məlumata əsasən onlar sağ-salamatdırlar”. XİN rəsmisi əlavə edib ki, Ermənistanın mülki şəxsləri girovluqda saxlamaqda davam etdirməsi və bu kimi qeyri-insani davranışı rəsmi Yerevanın müvafiq konvensiyalarla üzərinə götürdüyü beynəlxalq humanitar hüquqi öhdəliklərinin kobud şəkildə pozulmasının növbəti nümunəsidir: “Münaqişənin həllinə töhfə vermək əvəzinə, Ermənistanın bu kimi təxribatçı addımları danışıqlar prosesinə mənfi göstərir”. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|