Polis əməkdaşı qaçırdığı evli qadını geri qaytardı- XəyanətBölmə: BLOK XƏBƏR
Qadının həyat yoldaşı Eldar Əliyevin (ad şərtidir) İnterpress.az-a verdiyi məlumata görə, keçmiş polis əməkdaşı ilə bərabər Naxçıvana qaçdığı güman edilən gənc qadın hazırda Şamaxının Sünnid kəndidədir. Bu barədə E.Əliyevə qadın özü bu gecə telefonla xəbər verib. Şamaxıda nənəsinin evində olduğunu və həyat yoldaşına rəsmi qaydada ayrılmağı təklif edən gənc qadın azyaşlı uşaqların harada olması barədə həyat yoldaşının suallarını cavablandırmayıb: “Məni ancaq uşaqlarım maraqlandırır. Onlar hardadır, kimin yanındadır- bunu bilmirəm. Buna görə də uşaqlarımla bağlı mənə məlumat verilməsini tələb etdim. Polisdən də tələbim ancaq uşaqlarımın tapılaraq mənə qaytarılmasıdır”. Məlumatlara görə, keçmiş polis əməkdaşı tərəfindən əvvəlcə Naxçıvana aparılan gənc qadın mətbuat və hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra geri, nənəsinin evinə qaytarılıb. Xatırladaq ki, hazırda E.Əliyevin müraciəti Binəqədi rayon 40- cı polis bölməsində araşdırılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|