» » Metropolitenin adı dəyişdirildi

Metropolitenin adı dəyişdirildi

Bölmə: BLOK XƏBƏR
Metropolitenin adı dəyişdirildi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezident Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.

ans press-in məlumatına görə, yeni qərara əsasən "Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi"ndə "V.M.Nadirli - Bakı Metropoliteninin rəisi" sözləri "Z.M.Hüseynov - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilib.

"Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Nazirlər Kabinetinin qərarının 17-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

"Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının adının dəyişdirilərək "İçərişəhər" adlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarındakı "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler