Prezident: "Səbrimiz tükənir" - FotolarBölmə: BLOK XƏBƏR
![]() "Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyil". Bunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib. Prezident bu gün təmas xəttində əldə etdiyimiz üstünlüyün artıq reallıq olduğunu deyib. "Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır". Prezident bildirib ki, Azərbaycan güclənir və regionda güc mərkəzidir. "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunu biz bu gün də edə bilərik. Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir". Ali Baş komandan Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalı olduğunu və qaldırılacağını deyib. "Azərbaycan öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu öz vətəndaşlarını müdafiə edir".ANS PRESS ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|