Arif Vəliyev vəfat etdiBölmə: BLOK XƏBƏR, MANŞET
Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev vəfat edib. DSK-dan ANS PRESS-ə verilən məlumata görə, sədr bu gecə dünyasını dəyişib. Məlumata görə, Arif Vəliyev uzun sürən xəstəlikdən əziyyət çəkib. Mərhum bu gün dəfn ediləcək. Qeyd edək ki, Milli Məclisin bir neçə gün öncə keçirilən iclasında millət vəkilləri Dövlət Statistika Komitəsinin fəaliyyətini ciddi tənqid ediblər. ANS PRESS-in məlumatına görə, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkilləri Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verildiyini bildiriblər. Prezident İlham Əliyevin 2013-cü il 27 iyul tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısınını sərəncamına əsasən statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev “Şöhrət” ordeni ilə təltif edilmişdi. A.Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|