» » Gözəllik salonunda baş kəsən adam kilsədə tutuldu -

Gözəllik salonunda baş kəsən adam kilsədə tutuldu - Foto

Bölmə: BLOK XƏBƏR
Gözəllik salonunda baş kəsən adam kilsədə tutuldu -
Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda kəsdikdən sonra qaçan Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

anspres-in “Qafqazinfo”ya istinadən məlumatına görə, o, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki, E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş.

Məlumatda bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib.

Xatırladaq ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Gözəllik salonunda baş kəsən adam kilsədə tutuldu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler