» » “Deyəsən, ağlını itirib...” –

“Deyəsən, ağlını itirib...” – Novruz Məmmədov

Bölmə: BLOK XƏBƏR
“Deyəsən, ağlını itirib...” –
“Ermənistan rəhbərliyi həqiqətən də danışıqlarda dalana dirəniblər, onların prosesi bundan sonra da uzatmaları üçün arqumentləri də qalmayıb. Digər tərəfdən, Ermənistanın nə etmək istədiyi də aydın deyil”.


“Xalqinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yap.org.az saytına müsahibəsində deyib. N. Məmmədov bildirib ki, Ermənistan üç il ərzində Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdikdən, danışıqlar apardıqdan sonra, bir gün Sarkisyan yuxudan durub Ermənistanın Avrasiya İttifaqına üzv olacağını deyib: “Bu ölkənin rəhbərliyinin atacağı addımları proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, Ermənistan rəhbərliyi hər vəchlə işğal siyasətini davam etdirməyə çalışır. Azərbaycan Prezidenti də Ermənistan rəhbərliyinin məkrli siyasətini nəzərə alaraq, ölkəmizlə tərəfdaşlıq edən dövlətlərə Azərbaycanın rəsmi mövqeyini bildirdi. Bu məktubun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Ermənistan silahlı qüvvələri bu işğalı indiyədək davam etdirir. BMT ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT Təhlükəsizlik Şurasının və bütün nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələrinin olmasına, eləcə də, ATƏT-in Minsk qrupu həmsıdrlərinin status-kvonun dəyişdirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə baxmayaraq, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirir. Azərbaycan mövqeyi ondan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər içərisində daxil ola bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubla bağlı Ermənistan prezidentinə müraciəti də məktuba verilən müsbət reaksiya kimi dəyərləndirilir.
Artıq Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur. 20 ildən çoxdur ki, onlar özlərini çətin vəziyyətə salıblar. Səmimiyyətlə deyirəm ki, deyəsən, Ermənistan rəhbərliyi ağlını itirib, çünki əgər onlarda normal düşüncə olsa idi, SSRİ-nin dağılmasından sonra Azərbaycanla münasibətlərə zərər vurmadan regionda sülh içərisində yaşayardılar, Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində hər zaman olduğu kimi firavan ömür sürərdi. Ermənistan yalnız Azərbaycanla əməkdaşlıq şəraitində normal inkişaf edə bilər. Onsuz da Ermənistan hər zaman təbii sərvətlərlə, kənd təsərrüfatı məhsulları ilə daha zəngin olan Azərbaycana möhtac olub. Ermənistanın bugünkü uğursuzluqlarının əsas səbəbi işğalçı ölkə rəhbərliyinin ölkənin, xalqın gələcəyini deyil, öz maraqlarını düşünmələridir. Erməni lobbisini də əslində, Ermənistan əhalisinin vəziyyəti maraqlandırmır. Təsadüfi deyil ki, Ermənistanda sosial, iqtisadi, demokrafik böhran getdikcə dərinləşir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının digər bir səbəbi isə beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulmasıdır. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da çox zaman münaqişələrin həllində bu prinsipin tətbiqinə nail ola bilmirlər, yaxud bunu istəmirlər. Ədalət prinsipinin çatışmazlığı, beynəlxalq hüququn bir çox hallarda öz təsir gücünü itirməsi 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin yanaşmasında da özünü göstərir. Lakin heç bir şübhə yoxdur ki, siyasi, iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycan gec-tez öz ərazi bütövlüyünü, işğal altındakı torpaqlar üzərində suverenliyini bərpa edəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler