» » Sayad Rəfiyev: Aidiyyəti qurumlardan kömək istəyir...

Sayad Rəfiyev: Aidiyyəti qurumlardan kömək istəyir...

Bölmə: BLOK XƏBƏR
Sayad Rəfiyev:  Aidiyyəti qurumlardan kömək istəyir...
Sayad Rəfiyevə dəstək olaq !
“Xalqinfo” olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 99 saylı tam orta məktəbin tarix müəllimi Sayad Rəfiyevin məktəbdə muzey yaratması ilə bağlı xəbərini vermişdik. Sayad müəllim redaksiyamıza gələrək bizə bildirdi ki, eksponatlarla bağlı vətəndaşların müraciətlərinin sayı hər gün artır. Artıq məktəbdə muzey üçün nəzərdə tutulan yer kifayət etmir. Onu da bildirdi ki, Xalqinfoda dərc edilən yazıdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən bu iş maraqla qarşılanıb . Muzeyin inkişafı yönümündə köməklik ediləcəyi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sayad müəllim muzey üçün məktəbdən kənar yer ayrılmasını və tam rəsmi fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmasını vacib sayır. Onu da qeyd edək ki, Sayad müəllimin muzey fəaliyyəti tariximizin öyrənilməsi, incəsənətimizin yeni nəslə təbliği yönümündə olduqca vacibdir. Eyni zamanda, muzeyin yenidən qurulması və inkişafı istiqamətində yerlərdə təbliği və təşviqi baxımından Mədəniyyət və Turizm Nazirliyi və Gənclər İdman Nazirliyinin dəstək və köməkliyinə ehtiyac var.
Zamin Zeynal Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler