» » Müəllimlərın diqqətinə ... müstəqil seçmək imkanı verilə bilər

Müəllimlərın diqqətinə ... müstəqil seçmək imkanı verilə bilər

Bölmə: BLOK XƏBƏR
Müəllimlərın diqqətinə ... müstəqil seçmək imkanı verilə bilərTəhsil Nazirliyi “Azərbaycan üçün öyrət” yeni təhsil proqramına başlayır.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsilin gücü müəllimin gücündən birbaşa asılıdır. Bu baxımdan yeni layihə məhz uğurlu müəllimlərin seçilməsinə yönəlib.

"Hazırda qarşımızda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz bu imkanları araşdırırıq".

Nazir qeyd edib ki, məktəblərə müəllim seçiminə son illər diqqətlə yanaşılır: "Burada bizim üçün ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq bu proqramı təkmilləşdirməyi düşünürük".

M.Cabbarov bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var: "Əgər ilk kateqoriyaya aid məktəblərdən danışdığımız halda, biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, zəif nəticə göstərən məktəblərdə isə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır.

“Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.

Proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq.

Sonda Təhsil Nazirliyi və “Kapital Bank” arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.



Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler