» » Dünyada yaşayan azərbaycanlıların sayı açıqlandı -

Dünyada yaşayan azərbaycanlıların sayı açıqlandı - YENİ SİYAHI

Bölmə: BLOK XƏBƏR
Dünyada yaşayan azərbaycanlıların sayı açıqlandı -
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Tarix boyu bütün dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən 70-dən çox ölkədə qeyd edilən bu bayram artıq Azərbaycan xalqının birlik rəmzinə çevrilib.

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Modern.az saytı Həmrəylik Gününə özəl olaraq hazırda dünyada yaşayan azərbaycanlıların sayını dəqiqləşdirməyə çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən saytımıza verilən məlumatına görə, azərbaycanlıların sayı barədə statistika bеynəlxalq qеyri-hökumət təşkilatlarının hеsabatları, azərbaycanlıların məskunlaşdığı ölkələrin müvafiq dövlət оrqanlarının rəsmi sənədləri, Diaspоrla İş üzrə Dövlət Kоmitəsinin apardığı araşdırmalar, Azərbaycan Rеspublikasının xarici ölkələrdəki diplоmatik nümayəndəliklərinin və Azərbaycan diaspоr təşkilatlarının vеrdiyi məlumatlar, Dünya Azərbaycanlılarının I Qurultayının Hеsabat məruzəsi, habеlə bu mövzuya həsr оlunmuş еlmi-tədqiqat əsərlərində əksini tapmış infоrmasiyalar əsasında hazırlanıb.

Komitə Modern.az-a 42 ölkədə yaşayan azərbaycanlıların statistikasını təqdim edib.

Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır.

Eyni zamanda Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. ABŞ-da qeyri-rəsmi məlumatlara görə, 450 000, Almaniyada 200 000, Ukraynada isə 280 000 azərbaycanlı yaşayır.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların sayı barədə ətraflı məlumat aşağıdakı cədvəldə qeyd edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler