» » Eldar Mahmudovun oğlunun milyonluq holdinqi- “Yaguar”lar, “Range Rover”lər, elit şərablar... -

Eldar Mahmudovun oğlunun milyonluq holdinqi- “Yaguar”lar, “Range Rover”lər, elit şərablar... -

Bölmə: BLOK XƏBƏR, MANŞET
Eldar Mahmudovun oğlunun milyonluq holdinqi- “Yaguar”lar, “Range Rover”lər, elit şərablar... -

Oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudova bağlı olan iri biznes qurumlarından birinin adı açıqlanıb.

Kifayət qədər çoxşaxəli fəaliyyət sahələri olan şirkətə birbaşa keçmiş nazirin oğlunun rəhbərlik etdiyi bildirilir.

“Marja”nın xəbərinə görə, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

Saytın araşdırması nəticəsində məlum olub ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb -katerinq, qida, restoranlar və avtomobil satışı.


Anar Mahmudov

Eksklüziv şərablar

“Kaspian Kristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir.

“Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb.

Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.

Lüks qədəhlər

“Kaspian Kristal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.


“Wine City”nin mağazası

Qastronomlar

"Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır.

2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.

Hazırda “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları fəaliyyət göstərir.


"Beluga" restoranı

Dəbdəbəli restoranlar

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” - “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

Katerinq xidməti

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb.

Şirkət quruda olduğu kimi, neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.


Lüks avtomobillər

Azərbaycanda “Range Rover”, “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır.

“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler