» » Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Bölmə: BLOK XƏBƏR
Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib .

“Xalqinfo” report-a istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin müddəti 3 aydır.

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli olmasa da, onlardan üç nəfərinin adı artıq məlumdur. Onlar Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

***

Redaksiyamıza daxil olan məlumata görə, MTN-in həbs edilən qadın əməkdaşının soyadı Məmmədova yox Mürvətovadır.

Artıq sosial şəbəkələrdə həbs edilən MTN əməkdaşlarından birinin-Natəvan Mürvətovanın fotosu da yayılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler