Misirdə azərbaycanlı səyyahın başına gətirilənlər- VideoBölmə: BLOK XƏBƏR
Çindən İspaniyaya qədər Asiya və Avropa qitələrini velosipedi ilə gəzən azərbaycanlı səyyah Ramil Ziyadov Misirdə saxlanılıb. “Xalqinfo”nun ans press-ə istinadən məlumatına görə, səhrada saxlanıldığını deyən Ramil Ziyadov cibində olan 400 dolların həmin şəxslər tərəfindən götürüldüyünü iddia edir. “Türk Hava yolları” (THY) aviaşirkətinə aid təyyarə ilə ötən gün Qahirədən İstanbula gedən Ziyadov başına gələnlər barədə mətbuata açıqlama verib. Azərbaycanlı səyyah onunla casus kimi rəftar olunduğunu bildirib: “Məni casus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm.” Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov hər iki ölkənin Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib. Pulu bitdiyinə görə məcburən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib. Xatırladaq ki, azərbaycanlı səyyah Ramil Ziyadov 2013-cü ilin may ayında velosipedi ilə dünya səyahətinə çıxıb. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|