» » “İrəli”: Gənclər Fondunun qara siyahısında -

“İrəli”: Gənclər Fondunun qara siyahısında - Rəsmi

Bölmə: BLOK XƏBƏR, MANŞET
“İrəli”: Gənclər Fondunun qara siyahısında -
“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qara siyahısında olduğu və təşkilatın Gənclər Fondunun 5-ci qrant müsabiqəsinə təqdim etdiyi layihənin fond tərəfindən qəbul edilmədiyi rəsmən öz təsdiqini tapdı. “Axar.az”ın bu barədə aprelin 25-də “Gənclər Fondu Ceyhun Osmanlını qara siyahıya saldı” başlıqlı yazıdan sonra təşkilat sədri Rauf Mərdiyev açıqlama verərək, yazdıqlarımızın həqiqət olmadığını və Gənclər Fonduna təqdim edilən layihələrlə bağlı hələ heç bir qərar verilmədiyini demişdi: “Gənclər Fondunda layihələr Müşahidə Şurası tərəfindən seçilir. Ona görə də bu məlumatların heç bir əsası yoxdur. Biz indiyədək Gənclər Fondu ilə ən yüksək səviyyədə əməkdaşlıq etmişik. Əməkdaşlığımız indi də davam edir. Biz də hamı kimi bu il fonda layihələr təqdim etmişik. Ancaq hələlik heç kimə cavab gəlməyib. Fondun cavablarını gözləyirik”. Gənclər Fonduna təqdim edilən layihələrin nəticələri 5 may tarixində açıqlandı. A, B və C kateqoriyaları üzrə qəbul edlmiş layihələrin heç birinin arasında nə İrəli İctimai Birliyinin, nə də Rauf Mərdiyevin adı keçir. Bu da onu göstərir ki, Gənclər Fondunda “İrəli”nin qara siyahıya salınması ilə bağlı qaynağın məlumatlı özünü doğruldur. Məsələ ilə bağlı İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyevlə əlaqə saxlamağa çalışsaq da, iki gün ərzində bu istəyimiz baş tutmadı. - See more at: http://axar.az//news/16853#sthash.uLk7DufY.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler