» » “Bank Technique” xilas olunacaq

“Bank Technique” xilas olunacaq

Bölmə: BLOK XƏBƏR
“Bank Technique” xilas olunacaq
“Bank Technique”də ciddi maliyyə problemləri ilə bağlı mediada bir neçə gündür ki, məlumatlar yer alır. Bildirilir ki, bankda maliyyə çatışmazlıqları yaranıb və qurum ödəmələri həyata keçirməkdə çətinlik çəkir.


Bankda yaranan vəziyyətlə bağlı “Qafqazinfo”ya yeni məlumat daxil olub. Məlumata görə, yaranmış problem ən yüksək səviyyədə müzakirə olunur və durumun həlli istiqamətində işlər görülür. Hazırda banka öz pullarını götürmək üçün müraciət edən müştərilərə vəsaitlər hissə-hissə verilməklə yola salınır. Məlumatlara görə, yaxın bir neçə gün ərzində “Bank Technique”in baqa bir banka birləşdiriləcəyi və yaxud digər kiçik bir bankın onun nəzarətinə keçməsi gözlənilir.

Azərbaycanın bank sektorunda böyük çəkiyə malik olan “Bank Technique”in tamamilə sıradan çıxmasına yol verilməyəcəyi bildirilir. Hazırda bank 30 filialı ilə Azərbaycanda fəaliyyət göstərən ən böyük banklardan biridir və bankın kifayət qədər müştərisi var.

Qeyd edək ki, bank hazırda Cahangir Hacıyevin nəzarətindədir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler