Heydər Əliyevin şərəfinə qızıl "iPhone" buraxıldı- FotolarBölmə: BLOK XƏBƏR, MANŞET
![]() Məşhur brendlərdən biri üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəsmi olan qızıl smartfonlar satışa çıxarıldığı gündən böyük marağa səbəb olub. Brendin sonuncu - Supremo kolleksiyasına daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu Apple "iPhone 6" smartfonlarının üzərində Perla Penna zərgərlik emalatxanasının ustaları çalışıblar. Bütün telefonlar ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə fərqləndir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və Ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub. Qeyd edək ki, bundan öncə də sözügedən brend üzərində Rusiya prezidenti Vladimir Putinin, boksçu Məhəmməd Əlinin, "Apple" şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin portreti olan telefonlar buraxıb. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir. buro247.az ![]() ![]() ![]() |
|