» » “Cahangir Hacıyev Azərbaycandan qaçmayıb”-

“Cahangir Hacıyev Azərbaycandan qaçmayıb”- Elçin Behbudov

Bölmə: BLOK XƏBƏR
“Cahangir Hacıyev Azərbaycandan qaçmayıb”-
“Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. Onu heç kim həbs etməyib, hazırda Azərbaycandadır”.


"Xalqinfo" xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ölkədən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən E.Behbudov bunun cəfəngiyyat olduğunu bildirib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev oliqarxların həbsindən sonra ölkəni tərk edib. Hətta onun həbs ediləcəyi də iddialar sırasındadır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler