Prezident və xanımı I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edibBölmə: BLOK XƏBƏR
![]() Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Atletlər kəndində olublar. Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib. Bildirildi ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var. Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar. Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində olublar. Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxıblar. Bildirilib ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir. Sonda xatirə şəkli çəkdirilib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|