» » Bu dəfə İlkinlə Ləman üz-üzə gəldi-

Bu dəfə İlkinlə Ləman üz-üzə gəldi- ANS-lə ATV savaşı

Bölmə: BLOK XƏBƏR
Bu dəfə İlkinlə Ləman üz-üzə gəldi-
Teleaparıcı İlkin Həsəni ANS-in Mətanət Əliverdiyeva haqda hazırladığı tənqidi süjetə münasibət bildiirib.


“qafqazinfo”nun məlumatına görə, teleapararıcı sosial şəbəkədə ANS-in ünvanına təhqir dolu sözlər yazıb:

“14 ildir ki, televiziyada işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs hanı sizin jurnalist həmrəyliyiniz, dəqiqliyiniz, qərəzsizliyiniz?

Başa düşürəm ki, televiziya adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq ve yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən “ATV”yə efir müharibəsi elan etdiz”.

Mətanət Əliverdiyeva ilə bağlı süjet hazırlayan jurnalist Ləman Ələşrəfqızı İlkin Həsəniyə cavab verib:

“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-Şöşüyə baş qoşmaq niyyətim yoxdur. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler