» » Azərbaycan-Türkiyə birgə taktiki təlimləri(Video)

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri(Video)

Bölmə: BLOK XƏBƏR, MANŞET
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri(Video)Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir.

Xalqinfo.az-ın məlumatına görə, bu mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib. Məqsəd motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlərdən döyüş atışları etmək, həmçinin təcrübə mübadiləsi aparmaq, qərargahlar və bölmələr arasında koordinasiyanı inkişaf etdirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır. Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərində 1000-dək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar iştirak edir. Həmçinin Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri də təlimlərdə çıxış edir.

Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi tapşırıqları yerinə yetirilir. Tapşırıqlar içərisində taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzuları da yer tutur.

Qeyd edək ki, təlimlər mayın 16-dək davam edəcək.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler