» » Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar

Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar

Bölmə: BLOK XƏBƏR
Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın iki qardaş tərəfindən döyülməsinin bəzi təfərrüatları aydın olub.

Xalqinfo.az -ın APA TV-yə istinadən verdiyi məlumata görə, hadisə 8 mart hədiyyəsi üstündə baş verib. Bayram günü Ülkər İsayeva ilə sözləri çəp gələn qardaşlar onu döyüblər. Ülkər İsayeva martın 9-da saat 04.25 radələrində Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyülüb. Onlar Ülkər İsayevanı bir neçə dəfə özlərinə məxsus 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən çıxararaq döyüblər. Baş verən hadisə ilə bağlı görüntülər dünən sosial şəbəkələrdə yayımlanıb.

Döyülmə görüntüləri Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər kameraları tərəfindən də qeydə alınıb. Hadisənin iştirakçıları Səbail rayon Polis İdarəsinə dəvət olunub. Toplanmış materiallar Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinə göndərilib. Hadisə iştirakçıları mühüm işlər üzrə baş müstəntiqi Yasin Mikayıllı tərəfindən istintaqa çağırılıb. İstintaqda Ülkər İsayevaya baş vermiş hadisə ilə bağlı izahat yazmaq təklif olunub, lakin o, izahat yazmaqdan imtina edib. Ülkər İsayeva Zaur və Elin Məmmədov qardaşlarını yaxından tanıdığını, onlardan biri ilə dostluq münasibətində olduğunu deyib və şikayətçi olmadığını bildirib. Bəzi dəqiqləşdirmələr aparıldıqdan sonra tərəflər sərbəst buraxılıblar.

Martın 12-də isə hadisə iştirakçıları Bakı şəhər Prokurorluğuna dəvət olunublar. Onlara bildiriblər ki, iş üzrə toplanmış materiallar Xətai rayon Məhkəməsinə göndərilib. Ülkər İsayeva bu dəfə izahat yazıb.

Aparılan istintaq hərəkətləri üzrə martın 12-də saxlanılmış Zaur Məmmədova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan edilib. Zaur və Elin Məmmədov qardaşları barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı Şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən, qardaşlar məhkəmə zalından azadlığa buraxılıblar. İşlə bağlı qərar çıxaran Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova bu qərarı zərərçəkənin şikayətçi olmaması ilə əsaslandırıb. Xatırladaq ki, Bakı şəhər Prokurorluğu artıq Zaur və Elin Məmmədovların məhkəmə zalından azadlığa buraxılması qərarı ilə bağlı apellyasiya protesti verib.

Ülkər İsayevanı döyən qardaşların atası Muxtar Məmmədovun keçmiş hakim olduğu bildirilir. Döyülən Ülkər İsayevanın atası Hamlet İsaxanlı mətbuata açıqlamasında xaricdə olduğunu və qızı ilə bağlı belə bir hadisənin baş vermədiyini deyib.



Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar
Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar
Ülkər İsayevanın döyülmə səbəbi məlum oldu- Video + Fotolar



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler