» » 150 min azərbaycanlı necə deportasiya edildi?

150 min azərbaycanlı necə deportasiya edildi? Tarix+ Video

Bölmə: BLOK XƏBƏR
150 min azərbaycanlı necə deportasiya edildi?
Xalqinfo.az xəbər verir ki, Azərbaycanlıların doğma torpaqlarından Qərbi Azərbaycandan növbəti dəfə deportasiya edildiyi gündür. O vaxt təsərrüfat dəyişikliyi siyasəti adı altında həyata keçirilən bu deportasiya aktının əslində, erməni və azərbaycanlılar arasında münaqişə yaratmaq planının tərkib hissəsi olduğu hamıya aydın idi. Beləliklə, azərbaycanlıların Ermənistandan 20-ci əsrin əvvəllərindən mərhələlərlə çıxarılması siyasəti sonralar da uğurla yerinə yetirildi. Bu isə azərbaycanlıların öz tarixi torpaqlarından, qədim İrəvan xanlığından etnik təmizləmə siyasəti kimi qiymətini almalıdır.

1947-ci il 10 dekabr tarixində Azərbaycan Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov və Ermənistan Mərkəzi Komitəsinin katibi Qriqori Arutyunovun imzaları ilə Stalinə məktub ünvanlanır. “Kolxozların və digər azərbaycanlı əhalinin Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar azərbaycanlıların Ermənistandan, öz doğma torpaqlarından deportasiyası üçün əsas oldu. İqlim baxımından dağlıq ərazidə yaşayan azərbaycanlıların, isti Aran zonasına köçürülməsi faktiki olaraq ölümü məhkum edilməsi demək idi. Ermənistanda maldarlıqla məşğul olan əhalini Kür-Araz ovalığından tamam başqa bir məşğuliyyət, pambıqçılıq gözləyirdi.

Ermənistan nə qədər azərbaycanlıların deportasiyasının tezləşdirilməsini istəsə də, Azərbaycan SSRİ-də bu qərarın icrasına hazırlıqsız yaxalanmışdılar. Köçürüləcək ailələrə yaşayış şəraiti yaradılmamışdı. Buna görə həm Ermənistanda, həm Azərbaycanda müqavimət də göstərilirdi. Ermənistanda öz etnik tarixi ərazisində yaşayan azərbaycanlılardan heç kəs doğma torpaqlarını tərk etmək istəmirdi. Ermənistandan deportasiya edilən Rüstəmovlar ailəsinin yaşlı nümayəndəsi həmin gərgin illəri ürək yanğısı ilə xatırlayır.

“Bütün insanları Saatlı rayonuna - düzənlik, susuz bir əraziyə dəmir yolunun qırağına gətirdilər. Bu zaman hər bir azərbaycanlı öz yükün bir yerə yığdı. Bir müddət insanlar həmin ərazidə ac və susuz qaldılar”, – deyə Ermənistandan deportasiya edilən Səmayə Rüstəmova bildirdi.

Köçürülənlər daha çox - Saatlı, Saliyan Biləsuvar, İmişli, Beyləqan rayonlarında yerləşdirilmişdilər.

Tarixçi alimlər hesab edirlər ki, 1948-53-cü illəri deportasiya aktı kimi təsnif edilməlidi. Bu akt Sovetlər Birliyinin həyata keçirdiyi xalqların deportasiyası siyahısına daxil edilməyib. Bu məcburi köçürülmə rəsmi olaraq, Azərbaycan və Ermənistanda baş vermiş təsərrüfat dəyişiklikləri ilə əlaqələndirilsə də, əsas səbəblər başqa idi.

Tarixçi Kərim Şükürovun sözlərinə görə, o zaman SSRİ ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan əhalisinə etimadsızlıq göstərilirdi: “Eyni zamanda xaricdə yaşayan ermənilərin Ermənistan SSRİ-yə köçürülüməsi, eləcə də xaricdə yaşayan ermənilərin Ermənistan SSRİ-yə köçürülüməsi, məhz bununla Ermənistan diasporası içərisində sovet dövlətinin nüfuzunun artırılması vəsitəsilə bəzi siyasi arzuları həyata keçirmək məsələsi də dururdu”.

Mərhum prezident Heydər Əliyevin 1997-ci ildə Ermənistandan deportasiya edilənlərlə bağlı fərmanı olub. 1988-ci ildə azərbaycanlıların növbəti dəfə Ermənistandan qovulması zamanı Heydər Əliyev bu hadisələrə sərt reaksiya vermiş, əsl məqsədin millətlərarası münaqişə yaratmaq olduğunu demişdi:

“Erməni millətçilərinin istəyi kəskin konflikt yaratmaq idi və buna da nail oldular. Azərbaycanlılara orada dəhşət yaşadıblar, öz doğma evlərindən, kəndlərindən, qəsəbələrindən qovulub, öldürülüb, şikəst ediliblər, mənəvi zərbə alıblar”.

Tarixçi alimlər 1918-20 və 1948, 53, 60, 80-cı illərdə 150 mindən artıq azərbaycanlının Ermənistandan deport edilməsilə bağlı tədqiqatlar aparıblar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler