» » Gülər Əhmədova Həccə getməyə hazırlaşır

Gülər Əhmədova Həccə getməyə hazırlaşır

Bölmə: BLOK XƏBƏR
Gülər Əhmədova Həccə getməyə hazırlaşır
Gülər Əhmədova Həccə getməyə hazırlaşır
“Hazırda həyatda ən böyük arzum Həcc ziyarətinə getməkdir”.

Bunu “a24.az”a Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoların yaratdığı rüşvət qalmaqalından sonra həbs olunmuş eks-deputat, hazırda şərti azadlıqda olan Gülər Əhmədova deyib.

O vurğulayıb ki, qismət olsa, bu il Həcc ziyarətinə gedəcək: “İnşallah, bu, Allahın qismətidir və ziyarət mənə nəsib olsa, Həccə gedəcəm”.

“2014-cü ildə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə azadlığa buraxılmısınız və bu müddət başa çatmamış ölkədən çıxa bilərsinizmi” sualımıza cavab olaraq G.Əhmədova deyib: “Əsas odur, icazə verilsin və bununla bağlı danışıq aparırıq. İcazə verilsə, inşallah, bu il Həccə gedəcəm. Hazırda ən böyük arzum Həcc ziyarətinə getməkdir”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib və həmin ilin fevral ayında həbs edilib. O, 2014-cü ilin may ayının 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilməklə azadlığa buraxılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler