» » “Ermənilər rus ”peç"inin içinə atılan “odun”dan başqa bir şey deyil"-

“Ermənilər rus ”peç"inin içinə atılan “odun”dan başqa bir şey deyil"- Vəfa Quluzadə

Bölmə: BLOK XƏBƏR
 “Ermənilər rus ”peç"inin içinə atılan “odun”dan başqa bir şey deyil"-
Vəfa Quluzadə: “Ermənilər rus ”peç"inin içinə atılan “odun”dan başqa bir şey deyil"

Ermənistanda prezident Serj Sərkisyana qarşı etirazlar getdikcə güclənir və artıq cəmiyyətin mövcud hakimiyyətə etimadı sıfıra yaxınlaşır. Bu mənada ölkənin başına gələcək, yaxud gətiriləcək yeni hakimiyyətin Ermənistanı fəlakətlərdən çıxarmaq, həmçinin Qarabağ probleminin həllində konstruktiv mövqe tutmaq üçün hansısa addımlar ata biləcəyinə dair mülahizələr səslənir. Ermənistanda da bəzi ağıllı adamlar qəbul edirlər ki, işğala son qoymayınca, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmayınca ölkəni mövcud durumdan xilas etmək mümkün olmayacaq.

Politoloq Vəfa Quluzadə deyir ki, bu, Sərkisyan rejimini kimin dəyişməsindən daha çox asılıdır: “Əgər Putin Sərkisyan rejimini dəyişsə, onda bunun Qarabağ probleminə mənfi təsirindən başqa heç bir müsbət təsiri olmayacaq. Yox, əgər ermənilər Ermənistanın acınacaqlı vəziyyətindən boğaza yığılıb Moskvadan icazəsi olmadan Sərkisyan rejimini başqa bir milli rejimə dəyişə bilsə, onda bunun Qarabağ probleminə müsbət təsiri ola bilər. Çünki Ermənistana bu cür ağır vəziyyətdən çıxmaq üçün iki məsələ lazımdır: Azərbaycanla sülh, Türkiyə ilə sərhədlərin açılması. Bu da Ermənistanın Moskvadan asılılığı qurtarmadan mümkün olmayan məsələdir. Ona görə ki, əgər Ermənistanda real bir dəyişiklik aşağıdan, Ermənistanın milli qüvvələri tərəfindən gələn dəyişiklik olsa, müsbət hal ola bilər. Məsələn, Levon Ter-Petrosyan sülhə doğru addım atan kimi Moskva onu dəyişdi. Yaxud Köçəryan da güzəştli sülhə razılıq verəndə onu Sərkisyanla dəyişdilər. İndi bəlkə Moskva gördü ki, Sərkisyan artıq Ermənistanda çox az populyardır, tam nüfuzdan düşüb, bəlkə onu başqa şəxsiyyətlə, daha doğrusu, şəxsiyyətsizlə dəyişsin və həmin şəxsi müəyyən müddət üçün istifadə etsin”.

V.Quluzadə Ermənistanda Qarabağ məsələsində konstruktiv mövqe tutacaq namizədlərin olduğunu deyir: “Məsələn, keçmiş MTN rəhbəri, erməni millətçisi David Şahnazaryan olduqca praqmatik fikirlər söyləyir, hazırda partiya rəhbəridir. Həmçinin Levon Ter-Petrosyan da hələlik siyasətdən getməyib. Ermənilərin içərisində digər bu kimi adamlar və partiyalar var”.
Bəs yeni prezidentin konstruktiv mövqe tutmasına erməni kilsəsi və ya erməni millətçiləri imkan verərmi? Politoloq hesab edir ki, məsələ Moskvadan idarə olunur: “Əgər erməni millətçiliyi, erməni kilsəsi Moskvadan ayrılıb öz ölkəsinin, xalqının taleyini həll etməyə qadir olsa, biz ondan xeyir görəcəyik. Çünki əgər ermənilər öz başlarına bir çarə qıla bilsələr, onun bizə də xeyri olacaq. Məsələ ondadır ki, ermənilər başlarına çarə qıla bilmirlər, 20 ildən çoxdur müharibə vəziyyətindədirlər, iqtisadiyyat çöküb, əhali qaçır. Moskvaya sadiq rejim bu problemləri həll edə bilməyəcək. Vəziyyəti dəyişmək üçün gərək ermənilər müstəqil şəkildə öz talelərini həll etsinlər. Bu gün söhbət Qarabağ ermənilərinin müqəddəratını təyin etməsindən getmir, Ermənistanın öz müqəddəratını təyin etməyindən gedir. Biz də Ermənistanın öz müqəddəratını təyin etmək haqqını dəstəkləyirik. Əgər onlar bacarırlarsa, öz müqəddəratını təyin etsinlər, ondan sonra Qarabağın müqəddəratının təyin olunması barədə düşünərlər”.

Sabiq müşavirin sözlərinə görə, erməni cəmiyyətinin düşünən təbəqəsi çox kiçik olsa da, onlar Rusiyanın Ermənistanın taleyindəki rolunu çoxdan başa düşürlər: “Rusiya ermənilər üçün Azərbaycan torpağında, İrəvan xanlığında dövlət qurub. Əks təqdirdə, ermənilər vətənsiz, dövlətsiz insanlar idi. Ancaq ruslar bunu ermənilər üçün etməyib, onlar ermənilərdən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Burada ermənilər rus ”peç"inin içinə atılan “odun”dan başqa bir şey deyil. Ona görə ermənilər taleləri barədə ciddi düşünməlidirlər. Düşünsünlər ki, “odun” olaraq qalsınlar, yoxsa öz dövlətinə sadiq olsunlar. Rusiya erməni dövlətini müstəqil dövlət olmaq üçün yox, öz məqsədləri üçün yaradıb. Ermənistandan Azərbaycan və Gürcüstanın əleyhinə zaman-zaman istifadə olunub və ermənilər hələ çar Rusiyası dövründən regiona agentura şəbəkəsinin nümayəndələri kimi səpələniblər".musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler