» » Bakı hotelindən fantastika –

Bakı hotelindən fantastika – 100 minə bir günlük istirahət

Bölmə: BLOK XƏBƏR
Bakı hotelindən fantastika –
Azərbaycanda məşhur hotel fantastik təkliflə çıxış edib. Paytaxtın Neftçilər prospektində yerləşən “Four Seasons Hotel Baku” 14 fevral Sevgililər Günü münasibəti ilə cütlüklərə ağlasığmaz istirahət paketi hazırlayıb. Bu təklifi hansı milyarderin qəbul edəcəyi isə maraq doğurur.

axar.az-ın xəbərinə görə, hotelin təklifləri sırasında sevgililəri “Limuzin” markalı maşınla yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq, ardınca qalanın ən hündür zirvəsində şampan, kürü ziyafəti vermək daxildir.
Təkliflər paketi bununla yekunlaşmır. Valentin gecəsinə “Four Seasons Hotel Baku”nun “Kaspian” restoranında əsrarəngiz şam yeməyi də daxildir. Hotel 24 karatlı qızıl və süd vannasında masaj da təklif edir.

Gecənin sonunda isə hotelin ən lüks otaqlarından biri sevgiliniz üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir.

Xəbərdə o da qeyd edilir ki, təqribən 100 min manata başa gələn Sevgililər Günü əcnəbilərə də şamildir. Belə ki, dünyanın istənilən ölkəsindən bu təklif üçün müraciət edən şəxs “Limuzin”lə müəyyən edilmiş təyyarəyə qədər gətirilir.

Sevgililər üçün təyyarənin biznes-klasında xüsusi yer ayrılır.

Hotel artıq sevgililər günü ilə bağlı müraciətləri qəbul edir. Azərbaycan reallığında bu təklifi kimlərin qəbul edəcəyi və müraciətlərin daxil olub-olmadığı da maraq doğurur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler